PARADOKS

AKTUAL

DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ

26-04-2019, 21:27
  •     
  • Kriminal |
  •  Oxunma: 41

DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib. Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən. əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasının aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 29-cu PŞ-nə müraciət edə bilərlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI