PARADOKS

AKTUAL

Bakıda dəhşətli qətl – Həbsxanadan çıxdı, iki bacısını bıcaqladı

17-04-2019, 19:31
  •     
  • Kriminal |
  •  Oxunma: 495

Bakıda dəhşətli qətl – Həbsxanadan çıxdı, iki bacısını bıcaqladı Gecə saatlarında paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.
Oxu.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bacıları – 1964-cü il təvəllüdlü Əlimanova Səadət və 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı – Əlimanova Məlahət Şirbala qızı isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI