PARADOKS

AKTUAL

Bakıda keçmiş polisi “lapatka”yla döydülər

20-03-2019, 20:22
  •     
  • Kriminal |
  •  Oxunma: 82

Bakıda keçmiş polisi “lapatka”yla döydülər Gecə paytaxtın Sabunçu rayonu, Xurşudbanu Natəvan küçəsi 35-də yaşayan qonşular arasında yaranan mübahisə qanla bitib.
Oxu.Az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Məmmədov Hafis Kərim oğlu qonşusu ilə avtomobil park etmək üstündə mübahisə yaşayıb.

Razılığa gəlməyən tərəflər arasında sözlər tükənib, əvəzində yumruqlar, küt alət işə düşüb. Belə ki, şəxsiyyəti hələlik məlum olmayan şəxs, qonşusu H. Məmmədovun baş nahiyəsinə “lapatka”yla zərbələr endirib. Nəticədə, H. Məmmədov xəstəxanaya yerləşdirilib.

O, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. H. Məmmədova kəllə-beyin travması, başın əzilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta ağırdır.

Qeyd edək ki, döyülən Məmmədov Hafis təqaüddə olan polisdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI