PARADOKS

AKTUAL

Azərbaycanlı reperin evindən 4,2 milyon pulu oğurlanıb

11-03-2019, 05:52
  •     
  • Kriminal |
  •  Oxunma: 47

Azərbaycanlı reperin evindən 4,2 milyon pulu oğurlanıb Rusiyada martın 9-da “Bahh Tee” adı ilə tanınan azərbaycanlı reper Bəxtiyar Əliyevin evinin qarət edildiyi təsdiqini tapmayıb.

ONA-nın “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, reperin konsert direktoru olan Vladimir adlı şəxs deyib ki, yayılmış informasiya həqiqəti əks etdirmir.

O, B. Əliyevin Moskvanın Veernoy küçəsində ev kirayələmədiyini, evindən 4,2 milyon rubl oğurlanmadığını bildirib. Evi qarət edilən şəxs isə B. Əliyevin dostu olan məşhur bir artistdir. Ancaq Vladimir həmin artistin adını açıqlaya bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, həmin artist istəyərsə, bu barədə ictimaiyyətə məlumat verə bilər.

***
Rusiyada azərbaycanlı reper Bəxtiyar Əliyevin evi qarət edilib.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə martın 9-da olub.

“Bahh Tee” adı ilə tanınan reperin Moskvadakı evindən 4,2 milyon rubl oğurlanıb. Moskva polisi böyük həcmdə oğurluq maddəsi ilə cinayət işi açıb.


reper Bəxtiyar Əliyev
Qeyd edək ki, B. Əliyev Moskvada Daxili İşlər Universitetində ali təhsil aldığı dövrdə rep üslubunda mahnılar yazıb və oxuyub. Universiteti qırmızı diplomla bitirsə də, hüquq-mühafizə orqanlarında çalışmayıb. “Tee’şina” qrupu ilə səhnəyə çıxıb B. Əliyev hazırda solo sənətçi kimi çıxış edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI