PARADOKS

AKTUAL

Almaniyada serblər və albanlar azərbaycanlılara hücum edib

2-02-2019, 17:27
  •     
  • Kriminal |
  •  Oxunma: 42

Almaniyada serblər və albanlar azərbaycanlılara hücum edib Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.
Buna alban və serblərin nalayiq hərəkətlərinə həmin ərazidə yanlarında qadın həmyerlilərinin də olduğu azərbaycanlıların sərt reaksiyası səbəb olub.

Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serb və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib.

Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb. (Report.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI