PARADOKS

AKTUAL

Metronun qarşısında ürəyindən vurulan gəncin şəxsiyyəti məlum olub- Hadisənin ŞOK TƏFƏRRÜATI – Yenilənib

12-01-2019, 10:36
  •     
  • Kriminal |
  •  Oxunma: 64

Metronun qarşısında ürəyindən vurulan gəncin şəxsiyyəti məlum olub- Hadisənin ŞOK TƏFƏRRÜATI – Yenilənib Bakıda Nizami metrosu yaxınlığında gənc oğlan bıçaqlanıb.

Bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.

Öldürülən 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur.

O, Saatlı rayonunun Mir Cəlal kənd sakini olub. Qətl hadisəsi Salatın Əsgərova küçəsində baş verib.

Hadisə yerinə Yasamal rayon prokuroru, Yasamal rayon Polis İdarəsinin rəisi və idarə əməkdaşları gəlib. Hadisə yerinə yaxın ərazidə yerləşən videokameralara baxış keçirilib, hadisə şahidləri istintaqa cəlb olunub.

Baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq-əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI