PARADOKS

AKTUAL

Bakını gəzib onu tapdı: ailəli qadınla tanış olan kişiyə qarşı – Dəhşətli əməl

10-12-2018, 19:00
  •     
  • Kriminal |
  •  Oxunma: 145

Bakını gəzib onu tapdı: ailəli qadınla tanış olan kişiyə qarşı – Dəhşətli əməl Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan prosesdə Elnur Abdullayevlə bağlı həbs qətimkan tədbirinin seçilməsi barədə verdiyi təqdimat təmin olunub.

Elnur Abdullayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, bu il noyabrın 7-də Elnur Abdullayev Sabunçu rayonu, Zabrat qəsəbəsində avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Məlum olub ki, qətl hadisəsi qısqancliq zəminində baş verib.

Murad hadisədən əvvəl internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanışlıq qurub. Gənc qadınla Murad arasında isti münasibətlər yaranıb.

Daha sonra həmin qadın uşaqlarını Qəbələ rayonunda ataraq paytaxta gəlib. Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar.

Daha sonra qadın rəsmi nikahda olduğu kişidən boşanmaq üçün Qəbələ rayonuna gedib. Həmin vaxt Murad da onunla Qəbələyə gedib. Qadının ailə üzvləri onu Muradla paytaxta qayıtmasına imkan verməyib.

Murada el adəti ilə ailə qurması üçün qadına elçi gəlməsi təklif olunub.

Bundan sonra paytaxta qayıdan Murad bir daha qadınla əlaqə yaratmayıb.

Bundan sonra paytaxta qadının qardaşı Elnur Abdullayev gəlib. O, Bakıda bir neçə gün Murad Quliyevi axtarıb.

Murad Quliyevi işlədiyi avtoyuma məntəqəsində tapan Elnur Abdullayev ona 10 bıçaq xəsarəti yetirib. Öldürülən Murad Quliyev əvvəllər iki dəfə ailəli olub.

İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI