PARADOKS

AKTUAL

Sürücüyə HÖKM OXUNDU - Yeni evlənən cütlüyün ölümünə səbəb olmuşdu...

8-11-2018, 18:19
  •     
  • Kriminal |
  •  Oxunma: 62

Sürücüyə HÖKM OXUNDU - Yeni evlənən cütlüyün ölümünə səbəb olmuşdu... Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az-ın "Report"-a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ" və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri - Şəmkir rayon sakinləri Gülnar İsmayılova və qadının 4 yaşlı övladı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Məlumata görə, Xaçmazda yaşan Z.Şahmuradov həmin gün minik avtomobili ilə Şəmkirdən qayıdırmış. Bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Hadisədən əvvəl qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə Z.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI