PARADOKS

AKTUAL

Azərbaycanda hadisə: Polisləri tüfənglə hədələdilər

11-10-2018, 13:34
  •     
  • Kriminal |
  •  Oxunma: 43

Azərbaycanda hadisə: Polisləri tüfənglə hədələdilər Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.

Report xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, 50-yə yaxın patron və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI