PARADOKS

AKTUAL

DSX-dən əməliyyat – Narkotik alverçiləri saxlandı (Foto)

11-10-2018, 13:30
  •     
  • Kriminal |
  •  Oxunma: 53

DSX-dən əməliyyat – Narkotik alverçiləri saxlandı (Foto) Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

2018-ci ilin 04 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının «Horadiz» sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata ke­çi­rilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respub­li­ka­sından Azərbaycan Respublikasına dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəy­ba­la oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Ten­giz oğlu saxlanılıb.

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticə­sin­də cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beylə­qan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəy­yənləşdirilərək saxlanılmış və istintaqa cəlb olunub.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI