PARADOKS

AKTUAL

Avtomobildə marixuana, bıçaq, tapança, patron və ratsiya aşkar edildi

4-10-2018, 16:40
  •     
  • Kriminal |
  •  Oxunma: 57

Avtomobildə marixuana, bıçaq, tapança, patron və ratsiya aşkar edildi Gömrükçülər narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Ford Mondeo” markalı minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd “Kenwood” markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində “Maqnum; патрон 9mm травматический” markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Ramid


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI