PARADOKS

AKTUAL

Polis və DTX birgə əməliyyat keçirdi- Silah-sursat götürülüb

24-09-2018, 12:44
  •     
  • Kriminal |
  •  Oxunma: 48

Polis və DTX birgə əməliyyat keçirdi- Silah-sursat götürülüb Polis və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DTX-nin rayon şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI