PARADOKS

AKTUAL

“Əl çantasında 50 manat pul vardı”

13-09-2018, 13:10
  •     
  • Kriminal |
  •  Oxunma: 48

“Əl çantasında 50 manat pul vardı” Nazpəri Dostəliyeva və digərlərinin evindən oğurluqla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi

“Qızımın toyuna gedəndə bu şəxslərlə liftdə qarşılaşdıq. Biz restorana toya getdik, onlar yuxarı qalxıb evi yarıblar”

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Təqsirləndirilən şəxslər müğənni Nazpəri Dostəilyeva və digərlərinin mənzilindən oğurluq eməkdə ittiham edilirlər.
Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Mikayıl Abdullayev bildirib ki, həmin şəxslər onun evindən 25 min manata yaxın əmlakını aparıblar. O dəymiş ziyanı tələb edib. Zərərməkmişin sözlərinə görə, polis əməkdaşları hadisədən sonra Cavidi evə gətiriblər və o, hər şeyi etiraf edib.

Digər zərərçəkmiş İqrar Əsgərov deyib ki, qızının toy günü evindən oğurluq edib: “Həmin gün liftlə aşağı düşürdük. Bu şəxslərlə liftdə qarşılaşdıq. Biz restorana toya getdik, onlar yuxarı qalxıb evi yarıblar. Həttə ərə gedən qızımın əl çantasını da aparıblar. Onun içərisində 50 manat pul var idi”.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nnə təyin edilib.
Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Onların digər mənzillərdən də oğurluq edikləri məlum olub.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI