PARADOKS

AKTUAL

Tələbəni öldürənlərin şikayəti təmin edilmədi

14-08-2018, 13:12
  •     
  • Kriminal |
  •  Oxunma: 53

Tələbəni öldürənlərin şikayəti təmin edilmədi Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Report xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

Meyit tapılandan sonra ilkin olaraq S.Mehdiyevin qətlə yetirildiyi bildirilsə də, sonradan onun avtomobillə vurulması barədə məlumat yayılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.

Bu səbəbdən istintaq orqanı yenə də qətl hadisəsi ilə bağlı araşdırma aparıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən olunub.

Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib.Tələbəni öldürən şübhəli şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb. Təhlükəsizlik kameraları ilə üzə çıxıb ki, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.

Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyiblər. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.

İstintaqa ifadə verən şübhəli şəxslər törətdikləri cinayəti etiraf ediblər.Faktla bağlı Cinayət Məcəlləsinin 263 və 264-cü maddələri ilə başlanan cinayət işi həmin məcəllənin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Həsənov 17 il, Aftandil Məmmədov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI