PARADOKS

AKTUAL

1 milyonluq dələduzluğa görə 9 il 6 ay həbs

8-08-2018, 13:41
  •     
  • Kriminal |
  •  Oxunma: 18

1 milyonluq dələduzluğa görə 9 il 6 ay həbs Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrlik ediyik etdiyi kollegiyanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək S.Şükürovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham təqsirli bilinir.
O, sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

S.Şükürov hazırda ümumilikdə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilir. İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, iş üzrə zərərçəkən Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər. Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI