PARADOKS

AKTUAL

Jurnalistlərə mənzil vəd edən baş redaktorun apellyasiya şikayətinə baxıldı

11-07-2018, 12:56
  •     
  • Kriminal |
  •  Oxunma: 93

Jurnalistlərə mənzil vəd edən baş redaktorun apellyasiya şikayətinə baxıldı Bakı Apellyasiya Məhkəməsində “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizimyol.info xəbər verir ki, hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyan apellyasiya şikayətinin təmin edilməməsinə qərar verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə G.Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətilə məşğul olmaqdan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində dindirilən Sveta Qarayeva bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: “Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib və jurnalistlərə tikilən mənzildən də ev alacağı vədini verib.

Digər şahid Xalidə İsmayılova ifadəsində söyləyib ki, o, “Zaman Press” qəzetində çalışıb, qəzetin rəhbəri G.Hüseyova 42 min manat pul verib: “Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi”.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI