PARADOKS

AKTUAL

Bakıda faciə: öldü, meyiti 1 həftə sonra tapıldı

24-05-2018, 14:57
  •     
  • Kriminal |
  •  Oxunma: 31

Bakıda faciə: öldü, meyiti 1 həftə sonra tapıldı Dünən Bakı şəhərinin Suraxanı rayonunda mənzildə 58 yaşlı kişinin meyitinin tapılması ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, yeni Günəşli qəsəbəsində doqquzmərtəbəli binada yaşayan sakinlər ilk olaraq qonşuluqdakı mənzildən kəskin qoxunun gəlməsi ilə bağlı polisə məlumat verib. Qapının arxadan bağlı olması səbəbindən dərhal FHN-in xilasedicilərinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri binanın 6-cı mərtəbəsindəki mənzilin giriş qapısını açanda orada 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aşkarlayıb. Məlum olub ki, o, 1 həftə əvvəl vəfat edib və cəsəd qismən çürüməyə məruz qalıb.

F.Abdullayevin xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI