PARADOKS

AKTUAL

Bibisini qətlə yetirən gənc əməlini etiraf etdi

10-04-2018, 13:19
  •     
  • Kriminal |
  •  Oxunma: 12

Bibisini qətlə yetirən gənc əməlini etiraf etdi O, cinayəti namus üstündə törətdiyini desə də, qadının əri və qohumlar Vüsalın yalan danışdığını bildirib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 24 yaşlı Vüsal Şıxəliyev bibisini yatdığı yerdə balta ilə 4 zərbə vuraraq öldürüb.

Vüsal Şıxəliyev özünü təqsirli bilərək, əməlini etiraf edib. O bildirib ki, ittihamda yazılanların düz yazılıb və qətli namus üstündə törədib. O suallara cavab olaraq, bibisi ailəli, uşaqları olduğu halda evdə başqa şəxslə görüşdüyünün şahidi olub, bu səbbədən onu öldürüb. “Mən gördüyümü görmüşdüm. Ailəli qadın evdə başqa kişi ilə, qapıda bağlı. Bundan artıq nə olmalı idi?”.

“Görürəm ki, səhv etmişəm”

O bildirib ki, bibisinin həmin şəxslə hansısa münasibətinin olduğundan şübhələnib, amma dəqiq məlumatı olmayıb. “Mən bu əməli törətmişəm. Biz belə bir şeyi qəbul etmirik. Amma görürəm ki, səhv etmişəm”.

Bibisini xəstə övladının yanında qətlə yetirməsini isə belə izah edib ki, belə izah edib ki, otağa girəndə yanındakının nənəsi olduğunu düşünüb “Bilsəydim ki, oğludur orada özüm öldürməzdim”.

Qətlə yeirilən qadının hüquqi varisi qismində, həyat yoldaşı Kamil İmamverdiyev ifadə verib. O bildirib ki, Vüsalın həyat yoldaşı barəsində dedikləri yalandır,
K.İmamaverdiyev ifadə verərkən dəfələrlə əqsirləndirilənlərlə aralarında mübahisə düşüb. İlk olaraq zərərçəkmiş təqsirləndirilən şəxsi təhqir edib. Hakim tərəflərə xəbərdarlıq edib.

“Yoldaşım kimi namuslu qadın heç Azərbaycanda yox idi”

Kamil İmamverdiyev ifadəsinə davam edib. “Vüsal hadisədən bir gün əvvəl də arvadımı döyüb. Amma səbəbini soruşa bilmədim. Məndən ağsaqqallar xahiş etdi ki, şikayətçi olmayım. Sonra da işə getdiyim üçün maraqlana bilmədim ki, arvadımı döyməsinin səbəbi nə idi. Sonra da belə bir hadisə oldu. Vüsala mənim etdiklərimi heç əmisi, dayısı etməmişdi. Mənim yoldaşım kimi namuslu qadın heç Azərbaycanda yox idi. Vüsal avara olub. Bunun heç gecəsi-gündüzü yox idi. Heç kimi saymırdı. Bütün günü içirdi, başqa şeylər də edirdi”.

“Heç sənin nəslində mənim kimi kişi yoxdur”

Vüsal Şıxəliyev isə zərərçəkmişin bu sözlərinə sərt cavab verib: “Heç sənin nəslində mənim kimi kişi yoxdur. Danışığına fikir ver. Sən yaxşı oğlan olsaydın, gəlib bir gün qabaq məndən soruşardın ki, arvadını niyə vurmuşam?”.

K.İmamverdiyev: “Mən sənin kimi oğlanlara kibrit çöpü kimi baxıram. Sən kimsən ki, mənim ailə işimə burun soxursan? Sənə kim ixtiyar verib”.

Tərəflər arasında yenidən gərginlik yarandığı üçün hakim hər iki tərəfə xəbərdarlıq edib.
Prosesdə Vüsalın anası, mərhumun bacısı və anası şahid qismində ifadə veriblər. Onlar da Vüsalın mərhum bibisi haqqında dediklərinin doğru olmadığnı deyiblər.
Prosesi aprelin 18-də davam edəcək.

Hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən V.Şıxəliyev tutulub.
V.Şıxəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.9-cu maddələri ilə ittiham edilir.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI