PARADOKS

AKTUAL

Abşeronda polis bölməsində qumbara tapılıb

11-02-2018, 02:31
  •     
  • Kriminal |
  •  Oxunma: 75

Abşeronda polis bölməsində qumbara tapılıb Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.

ANAMA-dan verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI