PARADOKS

AKTUAL

Bakı metrosunda kişi intihar etdi

9-01-2018, 05:39
  •     
  • Kriminal |
  •  Oxunma: 85

Bakı metrosunda kişi intihar etdi Bakı metrosunda intihar hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində "Ulduz" metro stansiyasında qeydə alınıb.
Belə ki, 20-25 yaşlarında kişi özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhərə" gedən, 11 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlıik fasilə yaranıb.
Ölən şəxsi meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib, kişinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Hazırda intihar edənin şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə polis və prokuorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI