PARADOKS

AKTUAL

Bıçağını çıxarıb öz boğazına dirədi...

18-11-2017, 17:32
  •     
  • Kriminal |
  •  Oxunma: 22

Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin bu əməlinin qarşısını alıb.



Bıçağını çıxarıb öz boğazına dirədi...

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib.
Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da, həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünəqəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib.
Hadisə yerinin yaxınlığında olan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI