PARADOKS

AKTUAL

Xocalı həqiqətləri Çin dilində

25-02-2016, 16:55
  •     
  • Ölkə |
  •  Oxunma:

Xocalı həqiqətləri Çin dilində Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində Azərbaycan universitetlərində təhsil alan Çin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

ADU-dan “Bizim Yol”a daxil olan məlumata görə, mərkəzin müdiri, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri kimi Xocalı qətliamının nəticələri barədə danışaraq dünyada bu qanlı olay haqqında həqiqətlərin yayılması, Azərbaycan xalqının soyqırımı kimi bu faciənin tanınmasına nail olmağın vacibliyini qeyd edib.

Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Xocalı soyqırımının tanınması üçün beynəlxalq ictimaiyyətin səylərini intensivləşdirilməsinin vacibliyini bildirib. O, qətnamələrin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarda qəbul olunduğunun əhəmiyyətini qeyd edərək beynəlxalq hüquq əsasında Xocalıda törədilmiş soyqırıma hüquqi qiymət verilməsini vurğulayıb.

Sonra ADU-nun müəllimi Könül Abbasova və universitetin Çinşünaslıq ixtisasında təhsil alan tələbələr Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə çin dilində məlumat veriblər. Onlar çıxışlarında faciəli hadisələr və törədilmiş qanlı cinayətlər haqqında faktlardan söz açıblar.

Ramid


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI