PARADOKS

AKTUAL

Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib

15-12-2016, 16:04
  •     
  • İqtisadiyyat |
  •  Oxunma:

Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib Bakı, 15 dekabr, SalamNews. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, “Üzümçülüyün inkişaf perspektivləri”, “Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", Qazax rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, innovativ əkin və becərmə texnologiyalarının tətbiqi, bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI