PARADOKS

AKTUAL

Safura Cafi: O səviyyəyə çatmayıb hələ bizim modellər ki, mənim kumirim olsunlar

17-07-2014, 23:38
  •     
  • İqtisadiyyat, |
  •  Oxunma:

Safura Cafi: O səviyyəyə çatmayıb hələ bizim modellər ki, mənim kumirim olsunlar
Tanınmış gənc photomodel Safura Cafi-nin XabarNews.com-a müsahibəsi.

- Model olmaq uşaqlıq arzunuz idi? Yoxsa birdən birə bu qərara gəldiniz?

Uşaqlıqdan model yox aktrisa olmaq arzusunda olmuşam. Sadəcə elə gətiribki photomodel kimi davam etmişəm. Amma aktrisalıqda da özümü dəfələrlə sınamışam. Ancaq nə dərəcədə doğru olduğunu deyə bilməyəcəm )))

- Yenidən seçim etmək şansınız olsa idi hansını seçərdiniz? Aktrisa yoxsa model?
Hər ikisi mənim üçün önəmlidi amma belə bir seçim qarşısında qalsam uşaqlıq arzumu reallaşdırardım

- Bu sahədə özünüzü hansı səviyyədə görürsünüz? Yəni çox güclü və gözəl yoxsa normal?
Özümü tərifləməti heç vaxt sevməmişəm bunu kənardan izləyenler daha yaxşı münasibət bildirərlər yəqinki. Gözəl deyə bilmərəm amma yetəri qədər güclüyəm.


- Dünyada hansı modelləri izləyirsiniz?
İzləmək üçün yetəri qədər vaxtım yoxdur deyimki işimle bağlı amma mənim kumirim Adriana Lima və Barbara Palvindi



- Bəs özünüzü onların yerində görmək və ya oxşatmaq istəmisiniz?
Oxşatmaq deməzdim çünkü mənim üz cizgilərim tamam fərqlidir, ancaq onların yerində yox sadəcə onların çatdıqları zirvədə olmaq istəyirəm


- Bəs Azərbaycanda necə? Kumiriniz olacaq birisi var?
O səviyyəyə çatmayıb hələ bizim modellər ki, mənim kumirim olsunlar


- Model olmaq asandır yoxsa necə?

Asan iş yoxdur deyimki. Sırf işlə məşqul olduğum üçün çətindir bəli. Yox modelliyi başqa niyyətlər üçün istifadə edənlər üçün bundan asan nə ola bilerki?!



- Daima belə gözəl qalmaq üçün nələr edirsiz?
Gözəlliyim təbiidir Allah necə yaradıbsa eləyəm. Gözəl qalmaq üçünsə gözəl baxmaq, gözəl gülmk kifayetdir


- Model olmaq istəyən vəya daima gözəl görsənmək istəyən qızlara məsləhətiniz nədir?
Model olmaq istəyən qızlara məsləhətim əlçatmazlıqlarını qorusunlar.


- Gözəllik başa bəladır deyirlər doğrudurmu?
)))) Çox düzgün vurğulayıblar :))


- Yəni gözəlliyinizin başınıza bəla olduğu anlar olub?
Hələ yadıma gəlir məktəb vaxtlarından bu günə qədər))))

- Bu barədə başınıza gələnlərdən birini qısa olaraq danışa bilərsiz?
:) Yadıma gəlir bir gün avtobusda iki sevgili möhkəm dava elədilər hamıda onlara baxırdı. Qız başladı ağlamağa dözmedim yaxınlaşdımki bəs xanım sakitleşin, elə bil həmin an qızı od vurdu, başladıki bəs sənə baxır deyə nişanlımla dava eləmişik sən nə danışırsan ? :) ))))



- Hərkəsi təəccübləndirəcək və ya zövq oxşayacaq layihələr planlaşdırmısınız?
Bəli belə layihələrimiz çoxdur inşallah üzü payıza tam başqa formatda hamını təəccüblendirmək fikrindəyəm



- Həyatınızda sizə ən çox kim dəstək olur?
En çox desteyi Rəbbimdən alıram


- Son olaraq bir çoxlarını maraqlandıran sual Safura Cafi-nin sevgilisi ya da həyatında biri varmı?
Xeyir. Həyatımda heç kim yoxdur, uzun müddətdə bu barədə düşünmürəm :)


Kənan Qafar


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI