PARADOKS

AKTUAL

Azərbaycan iqtisadiyyatı bu il 2,2% artıb

19-06-2019, 18:43
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 55

Azərbaycan iqtisadiyyatı bu il 2,2% artıb Bu ilin yanvar-may aylarında Azərbaycanda 30 608,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM istehsalının 46%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 3 099 manata bərabər olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI