PARADOKS

AKTUAL

Gənc məhşur DJ Alfa çox iddialıdır.

30-06-2014, 01:59
  •     
  • İqtisadiyyat, |
  •  Oxunma:

Gənc məhşur DJ Alfa çox iddialıdır.
Elgün Məhəmməd oğlu Mahmudov 23 May 1994-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır.Yaşadığı ərazi olan Bakı şəhəri,Yasamal rayonunda Elgün daim nümunəvi,tərbiyəli və istedadlı bir gənc olması ilə daim öz yoldaşlarından seçilmiş və dostlarının hörmətini qazana bilmişdir.Birinci sinifə getdiyi Akademik Zərifə Əliyeva adına orta məktəbi bitirdikdən sonra Elgün Azərbaycan Kooperasiya Universitetinə daxil olmuşdur və hal hazırda da oranın seçilən tələbələrindən biridir.DJ-liyə onun marağı çox uşaq vaxtlarından olub və hər zaman onlara pərəstiş edib.Dünyaca Məhşur olan David Guetta,Benny Benassi,Calvin Harris və bu kimi bir sıra DJ-lərin yaradıcılıqlarını hər zaman yaxından izləyən və onlardan bəhrələnməyə çalışan bu gənc DJ,qısa bir zamanda Dj MrAlfa adı ilə tanınmağa başlamışdır.O artıq 2 ildən artıq bir müddətdir ki,bu sənətlə ciddi məşğul olmağa başlamışdır.Bir sıra SoundTreklər üzərində çalışıb onları araya ərsəyə yaxşı formada çıxarmış,öz tamaşaçılarına təqdim edə bilmişdir.Gənc DJ Alfa olduqca iddialıdır.Onun əsas məqsədi tez bir zamanda adının dünyaca məşhur DJ-lərinin sırasında çəkilməsidir.O Ultimatum adlı yeni yaratdığı SoundTreklə rəqiblərinə ultimatum yoldağını bildirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI