PARADOKS

AKTUAL

Manatla bağlı ekspertdən açıqlama

6-12-2018, 18:13
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 14

Manatla bağlı ekspertdən açıqlama Maliyyə naziri Samir Şərifov bildirib ki, manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir. Bu xaricdən idxalın artmasına səbəb olur.

Maliyyə nazirinin bu açıqlamasını bizimyol.info-ya şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, nazir bir il öncə verdiyi açıqlamanı korrektə edib.

“Nəzəriyyə əsasən milli valyutanın xeyli möhkəmlənməsi xaric fəaliyyətlə məşğul olan daxili istehsalçı üçün mənfi haldır. Amma Azərbaycanda neft və qaz səviyyəsində xaricə istehsal edilən məhsul yoxdur. Buna səbəbi isə ölkədə sahibkarlığın inkişafı üçün şəraitin yaradılmaması, qanunların işləməməsi, mülkiyyət hüququnun qorunmaması, müqavilələrin icra edilməməsi və sağlam rəqabətin olmaması ilə bağlıdır.

Bu baxımdan maliyyə nazirinin açıqlaması təəccüb doğurur. Əslində maliyyə naziri bir ay öncə verdiyi açıqlamanı yumuşaltmaq istəyib. Xatırladım ki, nazir Samir Şərifov demişdi ki, 3 il ərzində manatın məzənnəsi sabit olacaq. Bu, çox cəsarətli çıxış idi. Hamı bilir ki bizim milli valyutanın məzənnəsi neftin qiymətindən asılıdır. Neftin qiymətinin necə dəyişməsini isə indidən heç kim bilmir. İndi də neftin qiyməti düşməyə başlayıb. Ona görə də maliyyə naziri açıqlamasını korrektdə edib. Nefin qiyməti düşməyə davam edərsə, devalvasiya qaçılmaz olacaq. Belə olan halda nazirdən niyə devalvasiya oldu deyə soruşulsa, o da deyəcək ki, manatın möhləmlənməsi bizə sərf etmir, bilə-bilə buna getdik deyəcək”,-deyə ekspert bildirib.

Ə.Həsənov deyib ki, əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olsa, devalvasiya qaçılmaz olacaq: “Çünki xarici valyuta gəlirlərimiz azalacaq. Neftin qiyməti 60 dollar ətrafındadır, hələlik bu qiymət manat üçün təhlükəli hədd deyil”.

Ramid İbrahimov


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI