PARADOKS

AKTUAL

“Bankların problemi aktivlərinin real həcmi daha böyük olur” - İQTİSADÇI

12-01-2018, 11:35
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 7

“Bankların problemi aktivlərinin real həcmi daha böyük olur” - İQTİSADÇI “Bankların aktivlərinin, depozitlərinin, kreditlərinin, mənfəətin həcminə görə reytinqi müntəzəm tərtib olunur. Amma aktivlərin gəlirliliyinin analizinə demək olar ki, diqqət yetirlimir”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
R.Ağayev qeyd edib ki, əslində, bu göstərici bankların əldə etdiyi xalis mənfəətin aktivlərin ümumi həcminə nisbəti kimi hesablanır: “Sadə dillə desək, banklar öz pullarından nə qədər pul qazana bilirlər”?!
R.Ağayev 2017-ci ilin 9 ayınının nəticələrinə əsasən mənfəətlə işləyən 17 bankın aktivlərinin mənfəətlilik əmsalına görə reytinq cədvəlini də diqqətə çatdırıb:
“Bank Avrasiya - 7.2%
Azərbaycan Beynəlxalq Bankı 6.6%
Naxçıvanbank 2.6%
Kapital Bank 1.9%
Ziraat Bank Azərbaycan 1.9%
Silk Vey Bank 1.6%
Yapı Kredi Bank Azərbaycan 1.5%
NBCBank 1.4%
Günay Bank 1.2%
PAŞA Bank 0.8%
Xalq Bank 0.7%
Bank VTB (Azərbaycan) 0.6%
Azərbaycan Sənaye Bankı 0.5%
AtaBank 0.3%
Expressbank 0.3%
Rabitəbank 0.1%
Bank BTB 0.1%”

“Bankar öz resurs bazasının 50%-ni kreditləşməyə yönəldə bilirlər”

R.Ağayevin sözlərinə görə, aktivlərin gəlirliyinin bir bankda çox aşağı, digərində daha çox olması bir sıra səbəblərlə bağlıdır: “Şübhəsiz ki, burda həlledici amil mənfəətin həcmidir. Bankların cəlb etdiyi resurslar və təqdim etdiyi resurslar arasında spred, bankarın qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən nə qədər yüksək olarsa, mənfəətin həcmi də artacaq. Amma indiki reallıqda başqa səbəblər də var. Banklar öz resurslarının hansı hissəsini borc vəsaitinə çevirə bilirlər? Reallıq odur ki, son 2 ildə əksər bankar öz resurs bazasının ən yaxşı halda 50%-ni kreditləşməyə yönəldə bilirlər. Yerdə qalan vəsaitlər ya likvid vəsaitlər kimi kasslarda və cari hesablarda saxlanır, ya kreditlərlə müqayisədə daha aşağı faizli (xüsusən qeyri-rezident banklarda) depozitlərdə, ya da qiymətli kağızlarda saxlanır”.

“Problemi aktivlərinin real həcmi bəyan ediləndən daha böyük olur”

R.Ağayev digər mühüm səbəbi də nəzərə çatdırıb: “Bankların problemi aktivlərinin real həcmi bəyan ediləndən daha böyük olur. Və aydındır ki, problemli borclar artan zaman əsas borcun özü kimi ona hesablanmış faizləri də almaq problemə çevrilir. Vacib səbəblərdən biri də iri banklarla bağlıdır. Onlar böyük bizneslə işləyir və iri kreditlər üçün daha aşağı faizli kreditlər ayırırlar”.

Cavid, Muxalifet.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI