PARADOKS

AKTUAL

Azərbaycan neftinin SON QİYMƏTİ

16-12-2017, 04:17
  •     
  • İqtisadiyyat |
  •  Oxunma: 30

Azərbaycan neftinin SON QİYMƏTİ CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 65,66 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 64,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 14-də 61,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 14-də 63,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI