Həmyerlilərimiz Sankt-Peterburqdakı konsulluq binasının qarşısına axın edir - FOTO/VİDEO + YENİLƏNİB

00:45 19-10-2020 16

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən konsulluğu qarşısına həmin şəhərdə yaşayan həmvətənlərimizin axını dayanmır.

Konsulluqdan verilən məlumata görə, Azərbaycan Ordusuna həmrəyliyini bildirən dörd mindən çox insan konsulluğa baş çəkib, Gəncədə həlak olan terror qurbanlarının xatirəsini yad ediblər.

21:39

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində həmyerlilərimiz tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib.

Ermənilərin dinc sakinlərə olan hücumlarını pisləyən aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər.