Azərbaycanda tikinti materiallarının ümumi istehsal dəyəri artıb

17:35 18-10-2020 14

Ölkədə tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 576,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, bu sahədə әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 25,9 faiz artıb.

Tikinti gipsinin istehsalı 78,8 faiz, tikinti kәrpicinin istehsalı 24 faiz, hörmә üçün hazır beton qarışığının istehsalı 4,2 faiz artıb. 

Sementin istehsalı 0,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,5 faiz, tikinti әhәnginin istehsalı 30,6 faiz, emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 34,1 faiz, asfaltın istehsalı 48,5 faiz, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 44,5 faiz azalıb.