Bu il əhali ödənişli xidmətlərdən az istifadə edib

15:50 18-10-2020 13

2020-ci ilin yanvar-sentyabr aylarında әhaliyә göstәrilmiş ödәnişli xidmәtlәrin dəyəri 4 milyard 937 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, hüquqi şәxslәr tәrәfindәn әhaliyә 3 milyard 742,7 milyon manatlıq xidmәt göstәrilib ki, bu da xidmәtlәrin ümumi dәyәrinin 75,8 faizini tәşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında hәr bir ölkә sakini orta hesabla 495,1 manatlıq vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә nominal ifadәdә 169,1 manat az müxtәlif ödәnişli xidmәtlәrdәn istifadә edib.

Qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq mәqsәdilә ölkәnin rayon vә şәhәrlәri arasında vәtәndaşların sәfәrlәrinә qoyulan mәhdudiyyәtlәrin tәsiri ilə sәrnişin daşınmasında müşahidә olunan ciddi azalmalar, hәmçinin bir sıra xidmәt sahәlәrinin fәaliyyәtinә qoyulmuş mәhdudiyyәtlәrlә әlaqәdar әhaliyә göstәrilmiş ödәnişli xidmәtlәrdәn әldә olunan gәlir 2020-ci ilin yanvar-sentyabr aylarında ötәn ilə nisbətən 25,7 faiz azalıb.

Nigar Məmmədova