Neftçalada evdə yanğın olub

11:50 18-10-2020 12

Neftçala rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kvadrat metr olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kvadrat metr sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kvadrat metr yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.