Düşmən daha 40 hərbçisinin məhv olunduğunu etiraf etdi

11:40 18-10-2020 11

Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistanın itkilərinin sayı açıqlanıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Erməni tərəfinin rəsmi məlumatına görə, bir gün ərzində Azərbaycan ordusu daha 40 erməni işğalçısını məhv edib.

Beləliklə, düşmən 673 hərbçi itirdiyini rəsmən etiraf edib.