Ölkədə ictimai iaşə dövriyyəsi ötən aya nisbətən artıb

10:35 18-10-2020 13

Ölkədə ictimai iaşə dövriyyəsi ötən aya nisbətən artıb. 

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, sentyabr ayı ərzində ölkədə ictimai iaşə dövriyyəsinin həcmi 65,4 min manat təşkil edib. Avqust ayında ictimai iaşə dövriyyəsi isə 48,3 min manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ictimai iaşə dövriyyəsi 51,3 faiz azalıb. 2019-cu ilin sentyabr ayında dövriyyə 133 min olub. 

Yanvar-sentyabr aylarında ümumi ictimai iaşə dövriyyəsi isə 528,9 min manat təşkil edib.

Nigar Məmmədova