Roma Papası ilə eyni evdə yaşayan şəxsdə koronavirus aşkar edildi

08:35 18-10-2020 11

Vatikanda Papa Fransiskin fərdi mənzillərinin yerləşdiyi Müqəddəs Marfa Evində koronavirusa yoluxma halı aşkar edilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, hazırda xəstəliyi simptomsuz keçirən pasiyent onunla birbaşa təmasda olan digər insanlar kimi özünütəcridə yollanıb.

Evdə yaşayan digərlərinin sağlamlığı isə daim nəzarətdədir.