İran səfirliyi: “Günahsız insanlara hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

14:45 17-10-2020 9

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bu gün gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

APA-nın məlumatına görə, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır:

“Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.