Düşmənə məxsus “Su-25” təyyarəsi məhv edildi - RƏSMİ

12:15 17-10-2020 10

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd “Su-25” təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.