Dünyada hər 10 körpədən üçü aşağı çəki ilə doğulur

06:15 17-10-2020 13

Aclıq və kifayət qədər qidalanmama ölümlə yanaşı, aşağı çəkili körpələrin anadan olmasına səbəb olur.

Türkiyənin NTV telekanalı xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Məlumata görə, hamiləlik zamanı kifayət qədər və sağlam qidalanmama nəticəsində uşaqlar aşağı çəki ilə - 2,5 kiloqramdan az doğulurlar. Dünyada təqribən 10 körpədən üçü 2,5 kiloqramdan az çəki ilə anadan olur.

Afrika qitəsində doğulan uşaqların 51,7 faizinin çəkisi ideal çəkidən aşağıdır. Bu göstərici Asiyada 23,1 faiz, Latın Amerikasında isə 7,7 faizdir.