Satılmış mәhsul vә göstәrilmiş xidmәtlәrin dәyәri 33,5 milyard manat olub

17:10 16-10-2020 17

2020-ci ilin yanvar-sentyabr aylarında istehlakçıların tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 33,5 milyard manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu, 2019-cu ilin eyni dövrünә nisbәtәn 7,7 faiz az olub.

Qeyri-dövlәt sektorunun tәsәrrüfat subyektlәri tәrәfindәn satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 2019-cu ilin yanvar-sentyabr ayları ilә müqayisәdә, 7,4 faiz azalaraq, 32,3 milyard manata bәrabәr olub. Onun 49,6 faizi fәrdi sahibkarların fәaliyyәti sayәsindә formalaşıb.

Hesabat dövründә istehlak bazarında bir istehlakçı orta hesabla ayda 373,5 manat vә ya 2019-cu ilin eyni dövrünün göstәricisindәn nominal ifadәdә 22,4 manat az vәsait xәrclәyib.