Banqladeşdə ölkə tarixində ilk dəfə beş nəfərə edam cəzası verildi

16:40 16-10-2020 16

Banqladeşdə çərşənbə axşamı qüvvəyə minən edam cəzasından sonra ölkə tarixində ilk dəfə beş nəfərə edam cəzası verilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Banqladeşin Bhuapur rayonunda 15 oktyabr 2012-ci ildə 15 yaşlı qız polisə müraciət edərək, təcavüzə məruz qaldığını bildirib. İstintaq çərçivəsində saxlanılan beş nəfərdən üçü girov müqabilində sərbəst buraxılıb.

Çərşənbə günü Banqladeşdə Qadın və Uşaq İstismarının qarşısını alma qanununda dəyişiklik edib və təcavüz üçün verilən ən ağır cəza ömürlük həbs cəzasından edam olaraq dəyişdirilib.

Bundan sonra isə sözügedən işlə bağlı məhkəmə qərarı dəyişdirilib və saxlanılan beş nəfərin edam edilməsinə qərar verilib.