Şeyx: “Dünya ictimaiyyəti bir vaxtlar göz yaşı tökən ermənilərə artıq inanmır”

14:55 16-10-2020 12

“Bu müharibə dövründə bizi istəməyən və qarşı duran qüvvələr də var. Xalq birliyinin nəticəsində zəfər qazanacağıq”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə bir iradə çoxdan gözlənilirdi:

“Bizə yalanlar danışırlar. 1991-ci ildə şəhidləri Təzə Pirə gətirirdilər və üzərlərində vandalizm izi vardı”.

“Biz güclüyük və öz torpaqlarımızı işğaldan azad edəcəyik. Müharibə başlayan vaxtdan mənim 100-ə yaxın dövlətə müraciətim olub. Çoxları bizim səsimizə səs veriblər.

Tezliklə müharibə bitər və o müraciətləri çap edəcəyik. Dünya ictimaiyyəti bir vaxtlar göz yaşı tökən ermənilərin tərəfində idisə, indi onlara inanmırlar”, - deyə şeyx qeyd edib.

İlhamə Əbülfət