Culian Assancı həbsxanada ələ salırlar

15:41 17-09-2020 7

“Vikiliks”in təsisçisi Culian Assancın həyat yoldaşı və keçmiş vəkili Stella Moris bildirib ki, jurnalisti İngiltərə həbsxanasında ələ salırlar.

S.Moris öz “Twitter” səhifəsində qeyd edib ki, C.Assanc səhər saat 5-də yuxudan oyadılır, qollarına qandal vurulur və soyundurularaq rentgen şüalanmasına məruz qoyulur.

Bundan əlavə, C.Assanc daha çox tabuta bənzəyən dar mikroavtobusda məhkəməyə aparılır, onun vəkilləri ilə məsləhətləşməsinə şərait yaradılmır.

Qeyd edək ki, C.Assanc Böyük Britaniyada həbsdədir.

Bundan əvvəl, o, yeddi il Ekvadorun Londondakı səfirliyində gizlədilib.