“Neftçi”nin sabiq türkiyəli futbolçusu “Qalatasaray”la oyuna proqnoz verdi - VİDEO

14:05 17-09-2020 12

“Neftçi”nin sabiq türkiyəli futbolçusu Levent Kartop oyuna proqnoz verib.

Hazırda Türkiyə Super Liqası klubu “Dənizlispor”da köməkçi məşqçi işləyən 41 yaşlı Kartop milletinsesi.info-a açıqlamasında “Qalatasaray”ın bu gün qalib gələcəyini bildirib:

“Qalatasaray”ı bu matçda favorit görürəm. “Cim-Bom”un 1:0 qalib gələcəyini düşünürəm. Yaxşı oynayan bu matçdan qalib ayrılar. Hər iki komandaya da uğurlar arzulayıram”.

“Neftçi”nin sabiq yarımmüdafiəçisi keçmiş komandası haqda da danışıb:

“Neftçi” Azərbaycanın köklü klublarından biridir. Bu klubun formasını geyindiyim üçün fəxr edirəm. Yeni gənc baş məşqçiləri var. İnşallah, qələbə qazanan dostluq olar. Kim mərhələni keçsə, bundan sonra da həmin komandaya azarkeşliyimizi davam etdirəcəyik. Bütün “Neftçi” sevərlərə və Azərbaycan xalqına sevgilərimi göndərirəm”.

Qeyd edək ki, Levent Kartop 2008/2009 mövsümünün ilk yarısında “Neftçi”də oynayıb.

Səbuhi Musayev