Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA

13:05 17-09-2020 4

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sentyabr 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 mm olub.

Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə olunub. 

Havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, Aran rayonlarında 29-33, dağlıq rayonlarda 20, Naxçıvan MR-da 27-33 dərəcə olub.