Əfv Komissiyasının əvvəlki tərkibin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə şübhələr var - AÇIQLAMA

11:15 17-09-2020 11

“Əfv Məsələləri üzrə Komissiyanın bundan əvvəlki tərkibininn üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə mənə məlumatlar daxil olub”. 

milletinsesi.info-ın müxbiri xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin iclasında deputat Elman Nəsirov deyib. 

O bildirib ki, Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri məhkumların yaxınları ilə əlaqə quraraq, onların əfv siyahısına salınmasına kömək edəcəyini deyib. 

“Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyanın deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib”, - deyə E.Nəsirov əlavə edib. 

Aqşin Kərimov