Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir

11:05 17-09-2020 5

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Bəhruz Məhərrəmov sosial şəbəkələrlə bağlı təklif səsləndirib. 

milletinsesi.info-ın müxbiri xəbər verir ki, deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasının zəruriliyini vurğulayıb.

“Müqavilə bağlandıqdan sonra, Azərbaycanın həmin sosial şəbəkələrin ofislərində nümayəndələri ola bilər və bir çox məsələlər tənzimlənər”, - deyə B.Məhərrəmov əlavə edib.

B.Məhərrəmov onu da qeyd edib ki, Azərbaycanın “Facebook” və “Twitter”dəki nümayəndələri komissar kimi də fəaliyyət göstərə bilər.

Aqşin Kərimov