Deputat Ülvi Quliyevin doğum günüdür

10:00 17-09-2020 8

Bu gün Milli Məclisin deputatı və Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin doğum günüdür.

Ülvi Quliyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bakı şəhəri, Nəsimi rayonu 9 saylı orta məktəbi bitirib. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

Əməkdar bədən tərbiyəsi və idman xadimidir. 

Karate idman növü üzrə VII Dan qara kəmər sahibi, Karate idman növü üzrə Avropa və Dünya çempionudur. Azərbaycan Respublikasının “Əməkdar İdman ustası”, “Əməkdar Məşqçi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına layiq görülüb. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Karate-do Federasiyasının Prezidenti, 1997-ci ildən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini (Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışıb.

2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilib.

2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib.

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

milletinsesi.info kollektivi Ülvi Quliyevi ad günü münasibətilə təbrik edir, can sağlığı və fəaliyyətində uğurları arzulayır!