Çində yük maşını insanların üstünə aşdı: ölənlər var

04:50 17-09-2020 13

Çinin Henan əyalətində çınqıl daşıyan yük maşını bir qrup insanın üstünə aşıb.

TASS xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə Sinyan şəhərində baş verib. Qəzadan bir neçə saat əvvəl sarımsaq daşıyan yük maşını həmin ərazidən keçən zaman sarımsaqların bəzisi yola tökülüb.

Bu zaman yerli sakinlər sarımsaqları yığmaq və yolu təmizləmək üçün ora toplaşıblar. Həmin insanlar çınqıl daşıyan maşının altında qalıblar.

Hadisənin səbəbləri müəyyənləşdirilir.