Makqreqor cinsi təcavüz barədə xəbərlərə münasibət bildirdi

17:55 16-09-2020 15

UFC döyüşçüsü Konor Makqreqor ona qarşı irəli sürülən cinsi təcavüz və intihar xəbərlərini şərh edib.

İrlandiyalı döyüşçü fikirlərini öz “Facebook” səhifəsində yazıb.

“Hamınız məni davamlı olaraq pis vəziyyətə qoymağa çalışırsınız, amma mən həqiqətin sayəsində hər zaman azadlıqda olacağam. Atalığıma dair xəbərlər, cinsi təcavüz, nalayiq davranış ittihamları - bütün bunlar cəfəngiyatdır”, - deyə K.Makqreqor bildirib.

 K.Makqreqor qeyd edib ki, onun sözlərinə inanmayanlar DNT analizlərinin nəticələrinə müraciət edə bilər.

Qeyd edək ki, bəzi KİV-lər Korsika adasında istirahət edən K.Makqreqorun bir qadına cinsi təcavüz etdiyini yazmışdılar.